Avropa Birliyindən Qarabağla bağlı daha bir təsdiq
17 Dekabr 2012 Bazar Ertəsi 16:20
Status-kvo vəziyyətinin davam etməsi yolverilməzdir.
Avropa Birliyindən Qarabağla bağlı daha bir təsdiq
“Status-kvo vəziyyətinin davam etməsi yolverilməzdir”
Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının Brüsseldə keçirilən 13-cü iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub. ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, iclasın gedişində Avropa Birliyi bir daha təsdiqləyib ki, status-kvo vəziyyətinin davam etməsi yolverilməzdir və münaqişənin nizamlanması AB üçün əsas prioritet olaraq qalır. Hər iki tərəf ATƏT-in Minsk qrupunun səylərinə dəstək verdiklərini ifadə ediblər.
AB nümayəndələri münaqişənin həllinə dair etimad mühitinin formalaşdırılmasında Avropa Birliyinin dəstəkverici rolunu qeyd edib, həmçinin qoşunların təmas xəttində atəşkəs rejiminin pozulmasından narahatlıq ifadə ediblər: “Avropa Birliyi stabilliyin qorunması üçün tərəfləri gərginliyin artmasına gətirib çıxara biləcək aqressiv, hərbi xarakterli bəyanatlar verməkdən və addımlar atmaqdan çəkinməyə çağırır”.
DOSTLARINLA PAYLAŞ: