Avropa Birliyi Liviyaya qarşı sanksiyaları sərtləşdirdi
13 Aprel 2011 Çərşənbə 01:38
Ketrin Eşton: “Liviya hakimiyyəti neft və qaz idxalından əldə edilən vəsaitdən tam məhrum ediləcək”
Avropa Birliyi Liviya lideri Müammər Qəddafi rejiminə qarşı sanksiyaları sərtləşdirib. Bu barədə qərar ötən gün Lüksemburqda 27 Avropa Birliyi dövlətinin XİN rəhbərlərinin iclasında qəbul edilib. Məlumatı AB diplomatiyasının başçısı Ketrin Eşton verib. O, Qəddafi rejiminə qarşı məhz hansı sanksiyaların tətbiq edildiyini açıqlamayıb. Amma bildirib ki, Avropa Birliyi və quruma üzv olan ölkələr Liviya hakimiyyətini neft və qaz idxalından əldə edilən vəsaitdən tam məhrum edəcəklər.
Xatırladaq ki, Avropa Birliyi Liviyaya qarşı sanksiyaları martda tətbiq edib.
DOSTLARINLA PAYLAŞ: