ATƏT yenə monitorinq keçirməyi planlaşdırır
22 İyul 2010 Cümə Axşamı 10:55
Bu dəfə Tərtərin Qapanlı kəndinin cənub-şərq istiqamətindəki təmas xəttində.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 23-də Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin kordinatoru İmre Palatinus və səhra köməkçisi Uilyam Proyor keçirəcəklər.

Məlumata görə, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Jaslan Nurtazin və Xristo Xristov keçirəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar