ATƏT Türkiyə Ermənistanın birgə bəynatını alqışlayıb
02 Sentyabr 2009 Çərşənbə 11:55
"Türkiyə ilə Ermənistanın elan etdikləri birgə bəyanat regional stabilliyə töhfə vermiş olacaq"
Ötən gün ATƏT-in fəaliyyətdə olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis Türkiyə Ermənistan münasibətlərinin nizamlanması prosesini alqışlayıb. Onun sözlərinə görə, Türkiyə ilə Ermənistanın ikitərəlifi münasibətlərin nizama salmaq məqsədi ilə elan etdikləri birgə bəyanat regional stabilliyə töhfə vermiş olacaq.

“Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqləri bərpa etmək nəinki təkcə Cənubi Qafqaz regionuna , eləcə də onun xaricində atılmış pozitiv addım olacaq,” -deyə Bakoyannis vuğulayıb.

“Mən ATƏT-in iki iştirakçı dövləti tərəfindən əlaqələrin nizama salınması üçün atılan bu müsbət addımı ürəkdən alqışlayıram,” D.Bakoyannis qeyd edib.

Bakoyannis hər iki tərəfi İsveçrənin iştirakı ilə aparılan danışıqları müsbət nəticələr üzərində qurmağa çağırıb.

Qeyd edək ki, bu barədə məlumat ATƏT-in rəsmi saytında yerləşdirilib

Xatırladaq ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə “Diplomatik münasibətlərin qurulması barədə Protokol” və “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” ətrafında məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir ki, siyasi məsləhətləşmələr altı həftə ərzində başa çatacaq və sonra iki ölkə parlamentinin müzakirəsinə veriləcək iki protokol imzalanacaq. Hər iki protokol ikitərəfli münasibətlərin normallaşması üçün əsas yaratmalıdır.

Türkiyə XİN-in məlumatında deyilir: “İkitərəfli əlaqələrin normallaşdırılması regionda sülhün və sabitliyin təmin olunmasına yardım edəcək. Türkiyə və Ermənistan İsveçrənin dəstəyi ilə birgə səy göstərilməsində maraqlıdır”.

Türkiyə, Ermənistan və İsveçrə XİN-nin birgə məlumatında deyilir ki, tərəflər protokolların parlamentlər tərəfindən təsdiqlənməsinə səy göstərəcəklər.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan oktyabrın 14-də Türkiyəyə səfər etməli və Türkiyə-Ermənistan futbol millilərinin cavab oyununu izləməlidir. Ankarada hesab edirlər ki, bu səfər iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yardım edəcək. Lakin Serj Sarkisyan rəsmi Ankara qarşısında şərt qoyur. O bəyan edib ki, Türkiyəyə yalnız sərhədlər açıldıqdan sonra səfər edə bilər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar