ATƏT təmas xəttində monitorinq keçirəcək
13 İyul 2010 Çərşənbə Axşamı 11:25
Monitorinq Xocavəndin Kuropatkino kəndinin şimal-qərb istiqamətində aparılacaq.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 14-də Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kəndinin şimal-qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Uilyam Prayor və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Aleksandr Nepokrıtıx keçirəcəklər.

Məlumata görə, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru Imre Palatinus, səhra köməkçisi Jaslan Nurtazin və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Ferqus Hannon keçirəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar