ATƏT sədrinin Cənubi Qafqaza səfəri başlayır
14 Fevral 2010 Bazar 13:30
Kanat Saudabayev fevralın 14-dən 17-nə kimi region ölkələrində olacaq
ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevin bu gün Cənubi Qafqaz regionuna səfəri başlayır. ATƏT-in rəsmi saytında yerləşdirilən məlumata görə, Kanat Saudabayev fevralın 14-dən 17-nə kimi Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.
Kanat Saudabayev Azərbaycan və Ermənistan prezidentləri, xarici işlər nazirləri, parlament sədrləri və hər üç ölkənin siyasi partiyalarının rəhbərləri ilə görüşlər keçirəcək, ikitərəfli münasibətlər və beynəlxalq məsələlərlə bağlı müzakirələr aparacaq. ATƏT-in fəaliyyətdə olan sədri regionda həlli uzadılmış münaqişələrin nizamlanması və Minsk Qrupunun həmsədrləri vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə dəstəyini nümayiş etdirəcək.
Kanat Saudabayev səfər çərçivəsində həmçinin region ölkələrində demokratik proseslərə dəstək verilməsində ATƏT-in rolu məsələsini də müzakirə edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: