ATƏT sədri Klintonla Qarabağ müzakirə edib
17 Fevral 2011 Cümə Axşamı 12:33
Görüş zamanı münaqişə zonasında gərginliyin azaldılmasının vacibliyi vurğulanıb
ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Vaşinqtonda ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşərək həlli uzadılmış münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqi əldə edilməsini müzakirə edib. Ajubalis Litvanın ATƏT-ə sədrliyi dövründə bu məsələnin fəaliyyətinin əsas prioritetlərindən biri olacağını bildirib.

“ATƏT-in Minsk qrupu həmsədrlərinin prosesdə aktiv iştirakı Dağlıq Qarabağ və ona bitişik rayonlarda gərginliyin azaldılması üçün çox vacibdir. Ümumiyyətlə ATƏT sədrliyi diqqətini Cənubi Qafqaz regionundakı problemlərə cəmləşdirəcək.”, - deyə ATƏT sədri bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar