ATƏT sabah təmas xəttində növbəti monitorinq keçirəcək
25 Mart 2013 Bazar Ertəsi 11:59
Monitorinq Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində keçiriləcək.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 26-da Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Conattan Ferrabi keçirəcəklər.
DOSTLARINLA PAYLAŞ: