ATƏT rəsmisi SAM-da məruzə ilə çıxış edəcək
09 İyun 2010 Çərşənbə 15:35
Mərkəzdə ölkədə demokratik dəyərlər mövzusunda müzakirələr aparılacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) xüsusi layihə üzrə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşləri davam etdirir. Mərkəzdən ANS PRESS-ə verilən məlumuta görə, göstərilən layihə çərçivəsində 11 iyun 2010-cu il tarixində SAM-da “Azərbaycanda demokratik dəyərlərin dəstəklənməsində ATƏT-in Bakı ofisinin rolu” mövzusunda müzakirəli görüş təşkil edəcək.
Məlumata görə, mərkəzin konfrans zalında təşkil olunacaq tədbirdə əsas məruzəçi qismində ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel çıxış edəcək.
SAM-ın və XİN–in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və qeyri-hökümət təşkilatların təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi toplantıda səfir Azərbaycan-ATƏT münasibətləri, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olunmasında, qanunun aliliyi və insan haqlarının qorunmasında, vətəndaş cəmiyyətinin səylərini dəstəklənməsində ATƏT-in rolundan danışacaq, iştirakçıların suallarını cavablandıracaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: