ATƏT rəsmisi Bakıda Qarabağı müzakirə edib
11 İyun 2010 Cümə 16:35
Əli Bilge Cankorel Strateji Araşdırmalar Mərkəzində olub.
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) olub və SAM-ın direktoru Elxan Nuriyevlə görüşüb. Mərkəzdən ANS PRESS-ə verilən xəbərə görə, SAM rəhbəri Cankorelə qurumun fəaliyyəti, həyata keçirilən layihələr, həmçinin ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı rolu haqqında qısa məlumat verib.
“Əli Bilge Cankorel Azərbaycan-ATƏT münasibətlərindən danışaraq, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olmasının qurumun əsas prioritetlərindən olduğunu xüsusi qeyd edib və vətəndaş cəmiyyətinin inkişafı üçün əlindən gələn dəstəyi verəcəyini bildirib. Görüş zamanı həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun üzərinə düşən vəzifələr, regionda təhlükəsizlik məsələləri və digər mövzular ətrafında da geniş fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: