ATƏT PA-nın yeni sədrinin Bakıya gələcəyi gözlənilir
25 İyul 2010 Bazar 20:30
ATƏT PA-nın yeni sədrinin Bakıya gələcəyi gözlənilir. Səfərin sentyabrda baş tutacağı bildirilir.
ATƏT Parlament Assambleyasının (PA) yeni sədri Petros Eftimiounun bu ilin sentyabrında Bakıya gələcəyi gözlənilir. Bu barədə Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov verib.
E. İbrahimov bildirib ki, Petros Eftimiou ilə ATƏT PA-nın İqtisadiyyat Komitəsində birgə fəaliyyət göstərib və onunla dostluq münasibətləri var.
Milli Məclisin komitə sədri ATƏT PA-nın yeni sədrinin Azərbaycana dost münasibət bəsləyəcəyinə inamını ifadə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: