ATƏT PA-nın vitse-prezidenti Bakıya gəlib
11 Fevral 2011 Cümə 12:30
Volfqanq Qrossrukun Milli Məclisin spikeri və digər şəxslərlə görüşü planlaşdırılıb
ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Volfqanq Qrossrukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. ANS PRESS-in məlumatına görə, səfər zamanı vitse-prezidenti ATƏT PA-nın Vyanadakı xüsusi nümayəndəsi Andreas Nosel və Avstriyanın ATƏT PA-dakı daimi missiyasının rəhbəri Lukas Mussi müşayiət edir.

Nümayəndə heyətinin səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov, yerli iqtidar və müxalifət partiyaların liderləri ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, V. Qrossruk 7 noyabr 2010-cu il parlament seçkiləri ilə əlaqədar ATƏT PA-nın qısamüddətli Müşahidə Missiyasına, eyni zamanda seçki günü ATƏT-in ümumi missiyasına rəhbərlik edib. Müşahidə Missiyasının həmin tərkibinə A. Nosel və L. Mussi də daxil olub.

ATƏT-in uzunmüddətli müşahidə missiyasına isə ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təmsilçisi Odri Qlover rəhbərlik edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar