ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb
20 İyun 2012 Çərşənbə 12:28
Monitorinq Füzuli rayonunun Horadiz kəndinin şimal-qərb istiqamətində baş tutub.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kəndinin şimal-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin APA-ya verdiyi məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Antal Herdiç keçiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar