ATƏT-in Minsk qrupu açıqlama yayıb
07 İyun 2010 Bazar Ertəsi 13:40
ATƏT-in Minsk qrupu açıqlama yayıb. Bəyanat Elmar Məmmədyarovla keçirilən görüşlə əlaqədardır.
ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 4-də Venesiya şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla keçirdikləri görüşlə əlaqədar qısa açıqlama yayıblar.
ATƏT-in rəsmi saytında yerləşdirilən açıqlamada bildirilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı mərhələsi müzakirə edilib. Mayın 12-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Brüsseldə keçirilən görüşdə olduğu kimi, həmsədrlər sülh prosesinə yeni təkan vermək üçün yaxın gələcəkdə atacaqları addımları dəyərləndiriblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: