ATƏT-in həmsədrləri martın 15-də Azərbaycana gələcək
10 Mart 2011 Cümə Axşamı 14:56
Elmar Məmmədyarov: "Regiona səfər Soçi görüşündə razılaşdırılıb"
ATƏT-in Dağlıq Qarabağın nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernard Fasye (Fransa) və İqor Popov (Rusiya) martın 15-də regiona səfər çərçivəsində Azərbaycana gələcəklər. ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, həmsədrlər Azərbaycanda rəsmilərlə danışıqlar apardıqdan sonra elə həmin gün İrəvana yolla düşəcəklər. Nazir bildirib ki, həmsədrlərin regiona növbəti səfəri prezidentlərin Soçi görüşündə razılaşdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar