ATƏT-in Bakı ofisinin rəhbəri Naxçıvana gedir
27 Yanvar 2010 Çərşənbə 17:55
Səfir Bilge Cankorel Vasif Talıbov və digər rəsmilərlə görüşəcək
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilge Cankorel yanvarın 28-29-da Naxçıvan Muxtar Respublikasına səfər edəcək. Ofisin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı Cankorel Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovla, habelə Muxtar Respublikanın daxili işlər, ədliyyə nazirləri, Ali Məhkəməsinin sədri, İnsan Hüquqları üzrə Müvəkkili, Vəkillər Kollegiyasının sədri və respublikada fəaliyyət göstərən QHT təmsilçiləri ilə görüşəcək.

B. Cankorel Naxçıvan rəsmilərini ATƏT-in Bakı Ofisinin Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumatlandıracaq və Muxtar Respublikada bəzi layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar