ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanı tərk edir
09 İyul 2011 Şənbə 11:50
Elmar Məmmədyarov Əli Cankoreli fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankoreli ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüş zamanı səfir Ə.Cankorel Azərbaycanda ATƏT-in Bakı ofisinin rəhbəri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə təmsil etdiyi təşkilat ilə Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.
Öz növbəsində nazir E.Məmmədyarov səfir Ə.Cənkorelə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: