ATƏT-in Bakı Ofisinə Koray Tarqay rəhbər təyin edilib
26 İyul 2011 Çərşənbə Axşamı 20:14
Koray Tarqay əvvəllər Türkiyənin Çexiyadakı səfiri olub.
ATƏT-in Bakı Ofisinə yeni rəhbər təyin olunub. Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, ofisin yeni rəhbəri də türkiyəli diplomatdır. Ofisin yeni rəhbəri Koray Tarqay bu təyinata qədər Türkiyənin Çexiyadakı səfiri olub.

Onun yaxın günlərdə vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Qeyd edək ki, ATƏT-in Bakı Ofisinin əvvəlki rəhbəri, türkiyəli diplomat Əli Bilgə Cankorelin səlahiyyət müddəti bir müddət əvvəl başa çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar