ATƏT-in Bakı ofisi banklara treninq keçirir
22 Noyabr 2010 Bazar Ertəsi 14:15
Təşkilat ölkədə fəaliyyət göstərən 46 maliyyə institutunun əməkdaşına məşğələ keçirəcək
Bu gündən etibarən ATƏT-in Bakı Ofisi tərəfindən yeni yaradılmış Maliyyə Monitorinq Xidməti çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üçün ölkənin maliyyə institutlarna təlimlər keçirməyə başlayıb. ATƏT-in Bakı Ofisindən ANS PRESS-ə verilən məlumata görə, ölkədə fəaliyyət göstərən 46 bankın nümayəndəsi əməliyyatın hesabat metodlar üzrə iclaslarda iştirak edəcək.

Treninqlər noyabrın 22-dən 25-dək keçiriləcək. Tədbir Azərbaycanda biznes-mühitinin sağlam təşviq etmək üçün müvafiq qanunvericiliyə və beynəlxalq tələblərə uyğun maliyyə institutlarının qabiliyyətinin artırılması məqsədi daşıyır.

Qeyd edək ki, Azərbaycan ötən il çirkli pulların yuyulması haqqında qanun qəbul edib. ATƏT-in Bakı Ofisi çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə Azərbaycan hökumətinin səylərini dəstəkləyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar