ATƏT-in Astana sammitinə ciddi hazırlaşmaq lazımdır
25 Noyabr 2010 Cümə Axşamı 17:05
“ATƏT-ə üzv ölkələrin dövlət başçılarının Astana görüşü çox vacibdir, buna görə də bu görüşə ciddi şəkildə hazırlaşmaq lazımdır”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasie verib. O, həmsədrlərin Bakıya gəlməzdən əvvəl Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş keçirdiklərini deyib: “Bu gün biz Azərbaycan prezidenti ilə görüşəcək, sabah isə İrəvana uçacağıq. Əgər xatırlayırsınızsa, ötən il Afinada vasitəçi ölkələrin dövlət başçıları çox məzmunlu bəyannamə imzaladılar. Bu il isə ATƏT-də dövlət başçılarının zirvə görüşü keçiriləcək. Bu çox vacib görüşdür, buna görə də görüşə ciddi şəkildə hazırlamaq lazımdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar