ATƏT-dən Azərbaycan və Ermənistana ismarıc
14 Mart 2011 Bazar Ertəsi 20:46
Audronyus Ajubalis: "Bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər"
“Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşü gələcək danışıqların daha perspektivli olması üçün qapıları açıb”. Bunu Bakıda səfərdə olan ATƏT-in hazırkı sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransında deyib.
ATƏT sədri E. Məmmədyarovla son günlər cəbhə xəttində baş verən insidentlərlə bağlı danışıqlar apardığı deyib, hər iki tərəfin snayperləri cəbhə xəttindən geri çəkməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Soçidən sonra yanmış körpülərin bərpa olunmasına ümid yaranıb. Bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər”.
DOSTLARINLA PAYLAŞ: