ATƏT: Azərbaycandakı seçkilərə ilkin qiymət noyabrın 8-də veriləcək
07 Noyabr 2010 Bazar 06:20
Azərbaycandakı parlament seçkilərini izləyən avropalı müşahidəçilər bazar ertəsi Bakıda mətbuat konfransı keçirəcəklər.
Azərbaycandakı parlament seçkilərini izləyən avropalı müşahidəçilər seçkilərdən sonra ilk bəyanatlarını noyabrın 8-də Bakıda keçiriləcək mətbuat konfransında verəcəklər. ATƏT-in rəsmi internet səhifəsində yerləşdirilmiş press-relizdə belə deyilir.
İlkin bəyanatı ATƏT-in qısamüddətli müşahidə missiyasının və ATƏT Parlament Assambleyası nümayəndə heyətinin rəhbəri Volfqanq Qrosruk təqdim edəcəkö. Daha sonra AŞ PA nümayəndə heyətinin rəhbəri Pol Vil, Avropa Parlamenti nümayəndə heyətinin başçısı Odri Qlover və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyasının rəhbəri Odri Qlover çıxış edəcək.
ATƏT məlumat verib ki, mətbuat konfransı noyabrın 8-də saat 14.30-da Bakının Nizami küçəsi, 90 ünvanında (Landmark) keçiriləcək.
Beynəlxalq müşahidəyə ATƏT-in ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti cəlb edilib. Ümumi missiyada 42 ölkədən 406 müşahidəsi iştirak edir. Onların arasında 36 uzunmüddətli, bir neçə qısamüddətli müşahidəçi, ATƏT PA-dan 51, AŞ PA-dan 33, Avropa Parlamentindən isə 16 parlamentari var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: