ATƏT Azərbaycana “töhmət” verdi
31 İyul 2010 Şənbə 01:35
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda KİV-in vəziyyətini tənqid edib.
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç ATƏT-in Daimi Şurasına ənənəvi hesabatını təqdim edib. Avstriyanın Die Presse qəzeinin məlumatına görə, hesabatda ATƏT-ə üzv olan 56 ölkədə KİV-in azadlığı qiymətləndirilib. Dunya Miyatoviç İslandiyadakı vəziyyəti tərifləyib, Azərbaycanı isə töhmətə layiq görüb.

Hesabatda göstərilir ki, Miyatoviç martın 25-də xarici işlər naziri Elmar Məmmədyarova məktub yazaraq Prezident İlham Əliyevin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun əfv etməsini alqışlayıb: “Qənimət Zahid müəmmalı cinayət işinə görə cəza aldığı müddətin yarısını çəkmişdi. Sonrakı bütün müraciətlərim həbsxanada qalan bir jurnalist və iki bloqqerlə bağlı olub”. Dunya Miyatoviç “Realnıy Azerbaydjan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin azadlıqdan məhrum edilməsini pisləyib. O bildirib ki, təmsil etdiyi qurum Eynulla Fətullayevin işini yaxından izləməkdə və onun, eləcə də iki gənc bloggerin azadlığa buraxılmasına israr etməkdə davam edəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar