ATƏT Azərbaycan və Ermənistan prezidentlərinə çağırış etdi
03 Avqust 2014 Bazar 00:46
ATƏT Azərbaycan və Ermənistan prezidentlərini təmas xəttində gərginliyin aradan qaldırması üzrə tədbirlər görməyə çağırıb.
ANS PRESS-in məlumatına görə, ATƏT sədri və ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində son hadisələrdən narahat olduqlarını bildirib və gərginliyin aradan qaldırması üzrə tədbirlər görülməsini istəyib.
Həmsədrlər həmçinin həlak olanların ailələrinə başsağlığı veriblər.
DOSTLARINLA PAYLAŞ: