Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-də atəşkəs rejimini pozub. Erməni ordusu saat 20.15-dən 20.25-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, eləcə də saat 21.05-dən 21.15-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur./ANS PRESS/