Ata ocağına qonaq kimi
27 Fevral 2012 Bazar Ertəsi 00:30
Azərbaycanın 3 deputatı Ermənistana getdi.
Azərbaycanlı 3 millət vəkili “Avronest”in toplantısında iştirak edib. Millət vəkillərimiz 25 illik fasilədən sonra, bu məqsədlə 2 gün Ermənistanda olublar. İrəvana Rusiya paytaxtından yollanan deputatlarımız, İrəvanda onları qarşılayan olmadığından pasport qeydiyyatından sonra qısa zaman çərçivəsində nəzarət altına götürüldüklərini bildiriblər. Təbii ki, Ermənistan sərhədçiləri pasportunda Azərbaycan vətəndaşı yazılmış 3 nəfəri görəndə təccübləniblər. Amma gələnlərin Ermənistanın deyil, Avronestin qonaqları olduğu aydın olanda millət vəkillərimiz sərbəst buraxılıblar. “ANS” əməkdaşı uzun fasilədən sonra İrəvana ayaq basmış deputatlardan hansı mənzərə ilə rastlaşdıqlarını soruşub.

“Mən Ermənistandan çıxanda 88-ci il idi və yaşadığım Sisyan rayonunda vəziyyət haqqında mənim yaddaşımda çox az şeylər qalıb. Amma təbi doğma yerim idi, babamın millətimin yaşadığı ərazi idi. Bu hadisələrdən sonra mən 25 ildən sonra yenə qaytdım Qərbi Azərbaycanımıza. Rəsmi dillə desək Ermənistana” – deyə millət vəkili Azay Quliyev bildirib.

“Ermənistan Azərbapbaycan münasibətlərinə dair hər hansı bir anlaşma ilə bağlı tədbir olsaydı mən orda iştirak eləməzdim. Bir beynəlxalq tədbirin məkan olaraq Ermənistana salınması və bizə düşmən dövlət olduğundan hansısa qorxuya görə dövlətimizin maraqlarını ora gedib müdafiə etməmyimizi mən özümə sığışdırmazdım” - millət vəkili Fərəc Quliyev deyib.

Millət vəkili Fərəc Quliyev Ermənistanın iqtisadi baxımdan geridə qaldığını, 80-ci illərdən hər şeyin mənfiyə doğru dəyişdiyini deyib: “Gərçəkdən Ermənistan çox geridə qalmış və çox halsız bir vəziyyətdədir. Və 80 illərdən indiyədək heç nə dəyişməyib, dəyişsə də pisə dəyişib. Erməni deputatların ifadələrində də onlar bunun fərqində olduqlarını hiss elətdirir və heç gizlətmirdilər”.

Avropa ittifaqının şərq tərəfdaşlığı çərçivəsində baş tutan görüşdə 24 dövlət iştirak edib. Amma Ermənistan burda da öz hiyləsindən istifadə etməyə çalışıb. Toplantıda Dağlıq Qarabağı ayrıca dövlət kimi təmsil etməyə çalışıblar. Lakin Azərbaycan nümayəndə heyətinin müdaxiləsindən sonra bunun qarısı alınıb. Burda diqqət çəkən bir məqam isə millət vəkilimiz Azay Quliyevin çıxışı zamanı mikrofonun işləməməsi olub. İrəvan rəsmiləri isə bunu texniki nasazlıqla əlaqələndiriblər.

Amma Azay Quliyevdən sonra söz alan erməni deputat Vahan Hovanisyan çıxışında israrla Azərbaycanın Ermənistanla təhsil və mədəniyyət sahəsində əməkdaşlıq etmək istədiyini dilə gətirib və bununlada guya Azərbaycanın Ermənistanla diplomatik əlaqələr qurmaqda maraqlı olduğunu deməyə çalışıb. Bununla da Ermənistan Avronest üzvülərinin diqqətinə çatdırmaq istəyib ki, Ermənistan yox, Azərbaycan bu ölkə ilə münasibətlər qürmaqla maraqlıdır. Lakin Azərbaycan nümayəndə heyəti zamanında vəziyyətə müdaxilə edərək yanaşmanın səhv oluduğunu göstərə biliblər.

Millət vəkili Azay Quliyev münaqişənin BMT TŞ, AŞ və AP qətnamələrinə uyğun həllinin vacibliyini, bunun üçün məcburi köçkünlərin evlərinə qayıtmalı olduğunu vurğulayıb: “Azərbaycan və Ermənistanın əməkdaşlığından danışdıqda burda çox ciddi probemlər var. Əvvələrdə deyildiyi kimi bu Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan müharibədən əziyyət çəkir. Münaqişə BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və Avropa Parlamentinin qətnamələrinə uyğun həll edilməlidir. Münaqişənin həllində ciddi addım atmadan mədəni, təhsi və slsial sahədə əməkdaşlıq etmək çox çətindir. Bunun üçün əvvəlcə insanlar evlərinə qayıtmalıdırlar”.

Erməni deputatın hadislərə hiyləgər siyasətini sonradan prezident Serj Sarikisyan da davam etdirib. Avronest üzvləri ilə görüşündə Sarkisyan hər vəchlə Dağlıq Qarbağın ayrıca dövlət olduğuna diqqət çəkib. Qarbağ müharibəsində Serj Sarikisyanla üz-üzə döyüşmüş Fərəc Quliyev indi prezident olan keçmiş döyüşçüyə haqqın yolunu göstərə bilib: “Mən bildirdim ki, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyündən, suverenliyinin tanınmasından Azərbaycanın tərkibində olan Dağlıq Qarabağa qaçmış azərbaycanlılarn qayıtmasından erməni və türk əsilli azərbacanlılara birgə Azərbaycan qanunları ilə yaşamasında keçir və çağırış elədim ki, siz siyasi münasibətlərdən asılı olmayaraq beynəlxalq qanunlara hörmətsilk etməyin”.

Ermənistandan qayıdan millət vəkillərimiz düşünürlər ki, İrəvanda Ermənistan prezidentinin iqamətgahında Ermənistan prezidentinə 14 dövlətin nümayəndələrinin qarşısında “Sən işğalçısan” demək ən azından insanı rahatladır.

Qeyd edək ki, apreldə eyni toplantı çərçivəsində erməni deputatları Bakıya gələcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar