Astanada fövqəladə vəziyyət elan edilib
29 Noyabr 2010 Bazar Ertəsi 19:55
Qazaxıstan ATƏT-in zirvə görüşünə ciddi təhlükəsizlik təbdirləri görür
ATƏT-in 11 il sonra bu dəfə Qazaxıstanda baş tutacaq sammitin rəsmi açılışına hələ iki gün qalsa da, artıq xeyli sayda dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri asta-asta Astana gəlməyə başlayıb. Qazaxıstanın İncəsənət universitetində təşkil olunan mətbuat mərkəzində son məlumatlara görə, sammiti işıqlandırmaq üçün artıq 250 nəfərə yaxın mətbuat işçisi və jurnalist toplaşıb. Bu gün səhərdən etibarən Astanada fövqəladə vəziyyət elan olunub. Şəhərdə çəkiliş aparılmasına icazə verilmir. Şəhərin mərkəzində ağır texnika və çoxlu sayda xüsusi təyinatlının olduğunu müşahidə edilir. Hava limanı ancaq dövlət nümayəndə heyətlərini gətirəcək təyyarələr üçün açıqdır. Şəhərdə iri mağazalar, dövlət müəssisələri, ictimai obyektlər müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Sammitin keçiriləcəyi ərazi sanki mühasirəyə alınıb. Mətbuat mərkəzi də sammitin keçiriləcəyi Müstəqillik binasının yaxınlığında yerləşdiyindən jurnalistlər təhlükəsizlik çadırlarında yoxlamadan keçdikdən sonra əraziyə buraxılır. Xüsusi təlim keçmiş itlər əşyaları yoxlayır, bütün prosuderları keçdikdən sonra xüsusi buraxılış vəsiqələri təqdim olunur.

Jurnalistlərin xəbər nigarançılığını ödəmək üçün hazırda sammit keçiriləcəyi ərazidə çox az sayda rəsmi şəxs var ki, onlardan ATƏT-in münaqişələrin aradan qaldırılması üzrə Mərkəzinin direktoru Herbert Zalber idi. Ona sammit çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi və Azərbaycan-Ermənistan prezidentlərinin gözlənilən görüşü ilə bağlı gözləntilərini ANS-ə bildirib. Qurum rəsmisi deyib o, Astana sammitindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində impuls gözləyir. Sammit həlli uzadılmış münaqişələrin tənzimlənməsi üçün imkan yaradır.

“Mənə elə gəlir ki, bu münaqişə ilə bağlı realist olmaq lazımdır. Sammitdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün çərçivə şərtləri müəyyənləşdirməklə irəliyə doğru addımlar atılacağını gözləmək olar. Lakin münaqişə tərəfləri özləri qərar qəbul etməlidir. ATƏT yalnız kömək edə bilər. Minsk qrupu da bunun üçün yaradılmış xüsusi formatdır”,- deyə Herbert Zalber bildirib.

Sammit çərçivəsində ATƏT rəsmisinin sözlərindən belə məlum olub ki, münaqişənin həlli prosesi ilə bağlı sammit zamanı hansısa irəliləyiş ola bilər. Amma bu böyük ölçüdə tərəflərin özündən asılıdır. Azərbaycan və Ermənistan prezidenti arasında gözlənilən görüşə gəldikdə isə hələlik bu görüşün dəqiq vaxtı bilinmir. Təşkilatçılar görüşün vaxtının sammitin ilk günü açıqlanacağını söyləyirlər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar