İclasda Azərbaycandan olan nümayəndə heyəti də çıxış edəcək.
Strasburqda keçiriləcək Avropa Şurasının Parlament Assambleyasının yay sessiyasının gündəliyi açıqlanıb. Beş günlük sessiyada Büro və Komitədə görülən işlərin hesabatı veriləcək. Avropada demokratiyanın cari vəziyyəti miqrantlar, demokratiya və sosial hüquqlar üçün təhlükə, iqtisadi böhranın Avropada yerli və regional idarəçiliyə təsiri, Avropa Şurasına üzv ölkələrdə hüquq müdafiəçilərinin vəziyyəti, Tunisdə siyasi keçid dövrü, Assambleyanın Monitorinq Komitəsinin təkmilləşdirilməsi, Avropada müsəlman qadınlara qarşı ayrı-seçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq. İclaslarda Azərbaycanın qurumdakı nümayəndə heyəti çıxış edərək gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.