AŞPA-nın həmməruzəçiləri Bakıya gəlirlər
01 Fevral 2011 Çərşənbə Axşamı 05:00
Jozef Debono Qrex və Pedro Aqramuntun Azərbaycanın rəsmiləri, siyasi partiyaların təmsilçiləri ilə görüşləri nəzərdə tutulub
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex (Malta) və Pedro Aqramunt (İspaniya) fevralın 1-dən 3-dək Azərbaycanda səfərdə olacaqlar. Avropa Şurasının Bakıdakı nümayəndəliyinin məlumatına görə, həmməruzəçilərin Azərbaycanın rəsmiləri, siyasi partiyaların təmsilçiləri ilə görüşləri nəzərdə tutulub. Onlar, həmçinin Sumqayıtda yerli təşkilatların nümayəndələri ilə də görüşəcəklər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar