AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Bakıya səfər edəcəklər
03 Aprel 2009 Cümə 11:55
Andres Herkel və Yevgeniya Jivkova səfər çərçivəsində Milli Məclisdə, Xarici İşlər və Ədliyyə nazirliklərində görüş keçirəcəklər

 

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel (Estoniya) və Yevgeniya Jivkova (Bolqarıstan) aprelin 7-11-də Bakıya səfər edəcəklər. Avropa Şurasının Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, səfər çərçivəsində həmməruzəçilər Milli Məclisdə, Xarici İşlər və Ədliyyə nazirliklərində, QHT-lərin nümayəndələri ilə görüşlər keçirəcəklər. A.Herkel və Y.Jivkova həmçinin Naxçıvan Muxtar Respublikasına da gedəcəklər./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar