AŞPA həmməruzəçiləri Azərbaycana gələcəklər
23 Noyabr 2010 Çərşənbə Axşamı 03:10
Həmməruzəçilər Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılmasını alqışlayıblar
AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex (Malta) və Pedro Aqramuntun (İspaniya) Assambleyanın monitorinq proseduru çərçivəsində Azərbaycana növbəti səfəri 2011-ci ilin fevralına planlaşdırılır. Bu barədə məlumat Avropa Şurasının internet saytında yerləşdirilib. Məlumatda deyilir ki, həmməruzəçilər Azərbaycan məhkəmələri tərəfindən bloqqerlər Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılmasını alqışlayırlar: “Bu, irəli doğru atılmış çox vacib addımdır və onu göstərir ki, zərbaycan hakimiyyəti Avropa Şurası ilə əməkdaşlığa mane olan probelmləri həll etməyə hazırdır. Ümid edirik ki, texliklə digər məsələlərdə də gələcək irəliləyişləri alqışlaya biləcəyik”.
Xatırladaq ki, Adnan Hacızadə və Emin Milli ötən ilin iyulunda Bakıdakı restoranlardan birində baş vermiş insidentdən sonra həbs edilmişdilər. Onlara qarşı xuliqanlıq əməli ilə bağlı cinayət işi başlanmışdı. Hər iki bloqqer 2,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ötən həftə məhkəmə qərarı ilə həm Adnan Hacızadə, həm də Emin Milli cəzalarının çəkilməmiş hissəsindən azad edilib.
DOSTLARINLA PAYLAŞ: