AŞPA-dan Qarabağla bağlı yeni təklif
18 Mart 2010 Cümə Axşamı 11:05
Bu barədə AŞPA sədri Mövlud Çavuşoğlu məlumat verib
"Son zamanlar ATƏT-in Minsk qrupunun üzvü, Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının təşəbbüskarı olan Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində səyləri güclənib. Bu prosesə dəstək vermək üçün Avropa Şurası da müvəqqəti komissiya yaradılmasını təklif edib". Bu barədə Qazaxıstanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu bildirib.
Mövlud Çavuşoğlu deyib ki, bu məsələnin müzakirəsi üçün apreldə Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətləri ilə görüşlər keçirilməsi planlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: