AŞ PA prezidenti Qarabağ münaqişəsi ilə bağlı dediklərini təkzib etdi
28 Yanvar 2010 Cümə Axşamı 17:10
Mövlud Çavuşoğlu erməni parlamentinin spikeri ilə söhbətində bildirib ki, onun bəyanatları düzgün tərcümə edilməyib
AŞ PA-nın yeni prezidenti Mövlud Çavuşoğlu Ermənistan parlamentinin spikeri Ovik Abramyanla telefon söhbətində yaranmış anlaşılmazlığı Azərbaycanın “APA” informasiya agentliyi tərəfindən yayılan bəyanatının jurnalistin düzgün başa düşməməsinin nəticəsi adlandırıb.

“Söhbət zamanı Çavuşoğlu Abramyana bildirib ki, yanvarın 26-da yayılan mətndə “APA” informaisya agntliyi onun demədiyi bir sıra bəyanatları onun adından təqdim edib. Çavuşoğlu əmin edib ki, bu bəyanatlar qeyri-düzgün tərcümənin və Azərbaycan jurnalistinin düzgün başa düşməməsinin nəticəsidir”,-deyə Ermənistan parlamentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, bu gün keçirilən mətbuat konfransında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan demişdi ki, Avropa Şurası Parlament Assambleyasının yeni prezidenti Mövlud Çavuşoğlunun bəyanatı, təşkilatın rəhbəri kimi onun fəaliyyəti ilə bağlı narahatlıq yaradır.

“Hələ Çavuşoğlunun Parlament Assambleyasına sədr seçilməsi ilə bağlı mürəkkəbi qurumamış, AŞ PA-nın sədri kimi nüfuzlu bir vəzifədən sui-istifadə edərək, onu öz dar maraqlarına tabe edərək yanlış fikrə əsaslanan bəyanatlar verir. Türkiyənin hakim partiyasının yüksəkrütbəli rəsmisinin bilərəkdən və yaxud bilmədən belə bəyanatları ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə zərər verməsi təəssüf doğurur və bu, AŞ PA kimi ilk vəzifəsi təşkilata üzv ölkələrin arasında narazılıqların aradan qaldırılması olan nüfuzlu bir təşkilat üçün qəbuledilməzdir”, - deyə Tiqran Balayan qeyd edib.

"O ki qaldı onun Türkiyə-Ermənistan münasibətləri ilə Qarabağ münaqişəsini bir-birinə bağlamağa çalışması, bu məsələ çoxdan aradan qaldırılıb, beynəlxalq ictimaiyyət də buna qiymət verib", - deyə Balayan əlavə edib.

Qeyd edək ki, M.Çavuşoğlu APA-ya müsahibəsində bildirmişdi ki, Avropa Şurasının qərarlarında Qarabağ Azərbaycan ərazisi kimi, Azərbaycanın milli sərhədləri daxilində göstərilib.

"Bölgədəki əsas problemlərdən biri budur. Hətta Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına maneə yaradan səbəblərdən biri də bu problemdir. Avropa Şurası prizmasından real olaraq baxdığımız zaman da bunun bir gerçək olduğunu görürük. Yəni, əslində mən bunu sadəcə türk olduğum üçün söyləmirəm, reallığı deyirəm",-deyə Çavuşoğlu müsahibəsində bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar