AŞ Azərbaycana iki missiya göndərəcək
20 Avqust 2010 Cümə 23:35
Onlardan biri uzunmüddətli, digəri isə qısamüddətli olacaq.
Avropa Şurasında Qarabağla bağlı yaradılan alt komitənin nümayəndələrinin Azərbaycana səfəri qurumun yanvar sessiyasından sonra reallaşa bilər. Çünki hazırda Azərbaycanda seçki dövrü olduğundan Avropa Şurası Azərbaycanla bağlı müşahidə missiyalarını həyata keçirir. Azərbaycanın AŞ-dəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə, seçkiləri müşahidə etmək üçün qurumun Azərbaycana iki missiyası gələcək. Onun sözlərinə görə, onlardan biri uzunmüddətli, digəri isə qısamüddətlidir.
“Uzunmüddətli müşahidə missiyası oktyabr ayında gələcək. Onun tərkibində AŞ-nin bir neçə millət vəkili olacaq. Qısamüddətli missiyada isə məhz seçkilərin özünü müşahidə edəcək nümayəndə heyəti olacaq. O geniş tərkibdə nümayəndə heyətidir. Onun tərkibində müxtəlif partiyadan şəxslər var. Və biz onları seçki günü müşahidə etməyə dəvət edəcəyik. Hər iki missiya Azərbaycan üçün vacibdir. Hər iki missiyanın yerinə yetirilməsi üçün Azərbaycan vacib olan bütün tədbirləri yerinə yetirəcək”, - deyə o vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: