Arnold Şvartsneqqerdən ermənilərə dəstək
15 Aprel 2010 Cümə Axşamı 13:00
Qubernator Arnold Şvartsneqqer 19-26 aprel tarixlərini "erməni soyqırımı" həftəsi elan edib.
Amerikanın Kaliforniya ştatının qubernatoru Arnold Şvartsneqqer 19-26 aprel tarixlərini qondarma erməni soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi həftəsi elan edib. Şvartsneqqerin bəyanatında bildirilir ki, “tarixin təkrarlanmaması üçün keçmişin dəhşətlərini xatırlamaq lazımdır”.

“ “Erməni soyqrımı” dəhşətli insan haqları pozuntusudur və dünyanı təhqir edən hadisədir. 1915-1923-cü illər aralığında 1,5 milyon "günahsız" erməni Osmanlı İmperiyasında kütləvi qırğınlara məruz qalaraq həyatlarını itirib. Və daha 500,000 insan vətənini tərk etmək məcburiyyətində qalıb”, - deyə bəyanatda bildirilir.

Qubernatorun bəyanatında qeyd olunur ki, “bu gün Kaliforniya dinamik erməni-amerika əhalisinə ev olmaqdan şərəf duyur. ““Soyqırım” qurbanlarının xatirəsini yad etmək bizim borcumuzdur”, - deyə Hollivud ulduzunun bəyanatında vurğulanır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar