Arif Rəhimzadə: Kinoya bələdiyyələrdən çox pul ayrılır
17 Noyabr 2011 Cümə Axşamı 12:58
Azərbaycan parlamentinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə 2012-ci ilin dövlət büdcəsi layihəsində bələdiyyələrə ayrılan məbləğin az olduğunu bildirib.
“APA-Economics”in xəbərinə görə, A.Rəhimzadə 2012-ci ilin dövlət büdcəsi layihəsində bələdiyyələr üçün nəzərdə tutulun 3,5 mln. manat vəsaitin onların ehtiyaclarının ödənilməsi üçün kifayət olmadığını söyləyib: “Bu məbləğ 1700-dən artıq bələdiyyə üçün heç nədir».
Hələ 2008-ci ildə bələdiyyələrə bu məbləğin ayrıldığını bildirən komitə sədri o vaxtdan büdcənin 50% böyüməsinə baxmayaraq, bələdiyyələrə ayrılan məbləğin artmamasından narazılıq edib: “Kino çəkilişinə 9 mln. manatdan artıq vəsait ayrıldığı halda, bələdiyyələrə ayrılan 3,5 mln. manat məbləğ xeyli az məbləğdir. Halbuki yerli idarəetmə orqanı olan bələdiyyələr hakimiyyət strukturunun çox mühüm hissəsidir”.
A.Rəhimzadə kənd təsərrüfatına dotasiya və subsidiyaların ümumi yox, son nəticəyə görə verilməsini təklif edib: “Buna görə də beynəlxalq təcrübədəki üsullara keçmək lazımdır”.
Millət vəkili həmçinin iri infrastruktur obyektləri ilə yanaşı, yerlərdə faydalı ola biləcək nisbətən kiçik layihələrin, o cümlədən kiçik generatorların tikintisi və meliorasiya layihələrinin reallaşmasını da vacib sayır.
DOSTLARINLA PAYLAŞ: