ARDNŞ Ekologiya idarəsi Bakı buxtasında monitorunq keçirib
28 İyun 2010 Bazar Ertəsi 04:25
Əldə olunan nəticələr əsasında buxtanın təmizlənməsi üçün yeni tövsiyələr hazırlanacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Tədqiqatlar Ekspedisiyasının əməkdaşları Xəzər Dəniz Neft Donanmasının “MPK 452” elmi-tədqiqat gəmisi vasitəsi ilə buxta ərazisində monitorinq keçirib. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq zamanı seçilmiş stansiyalardan dib çöküntüləri, müxtəlif dərinliklərdən su nümunələri götürülüb, eləsə də həmin stansiyaların radiasiya fonu ölçülüb. Götürülmüş nümunələr tədqiq olunmaq üçün idarənin kompleks tədqiqatlar laboratoriyasına verilib. Əldə olunan nəticələr əsasında isə buxtanın təmizlənməsi üçün yeni tövsiyələr hazırlanacaq.
Qeyd edək ki, ARDNŞ Ekologiya İdarəsi tərəfindən bütün Abşeron yarımadasının sahil zolağı boyunca bu cür monitorinqlərin aparılması nəzərdə tutulur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: