Araz Əzimov Türkiyəyə səfər edib
04 May 2009 Bazar Ertəsi 15:55
Araz Əzimov Türkiyənin yeni xarici işlər naziri Ahmed Davudoğlu ilə görüşüb

 

Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Ankaraya gedib. CNN Türkün məlumatına görə, bu gün o Türkiyənin yeni xarici işlər naziri Ahmed Davudoğlu tərəfindən qəbul olunub. Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov da iştirak edib. Görüş Türkiyə Xaric İşlər Nazirliyində təşkil edilib. Görüşlə bağlı mətbuata açıqlama verilməyib./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar