Araz Əzimov sabah İsrailə rəsmi səfərə gedəcək
03 May 2010 Bazar Ertəsi 12:50
Araz Əzimov sabah İsrailə rəsmi səfərə gedəcək. Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Sabah Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov İsrailə səfər edəcək. Bu barədə İsrailin “İzrus” portalı məlumat yayıb. Məlumatda bildirilir ki, Araz Əzimov səfər çərçivəsində mayın 6-da israilli həmkarı Dani Ayalonla görüşəcək. Bundan başqa, İsrailin Xarici İşlər Nazirliyi Araz Əzimovun hazırda Makedoniyada olan və mayın 5-də səfərdən qayıdacaq nazir Aviqdor Libermanla də görüşünü təşkil etməyə çalışacaq.

Araz Əzimov İsrail XİN-in Mərkəzi Avropa və Avrasiya Departamentinin direktoru Pixnas Avivi, İsrail XİN-in yüksək səviyyəli məmurları, digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Portala açıqlama verən İsrail Xarici İşlər Nazirliyinin “Avrasiya-2” şöbəsinin direktoru Yuval Fuks bildirib ki, səfər çoxdan planlaşdırılıb və iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin aktiv inkişafı və dialoqun qurulması çərçivəsində həyata keçiriləcək.

Xarici işlər naziri müavininin səfəri ilə bağlı Azərbaycan XİN-i ilə əlaqə saxlasaq da, bu barədə gün ərzində dəqiq məlumatın veriləcəyi bildirildi. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar