Araz Əzimov: Ermənistana hücum silahları satan dövlətlər böyük səhv buraxıb
24 Sentyabr 2011 Şənbə 17:18
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistanın xarici ölkələrdən silah alması barədə verdiyi xəbərlə bağlı Bakıda jurnalistlərə geniş açıqlama verib.
APA-nın məlumatına görə, nazir müavini bildirib ki, söhbət Ermənistanın bir müddət əvvəl aldığı silahlardan gedir: «Ermənistan 2011-ci il ərzində bir neçə ölkədən külli miqdarda müxtəlif növ hücum silahları alıb. Bu faktlar bizdə var, biz bu faktlar üzərində işləyirik. Müvafiq ölkələrlə təmas saxlayır və anlatmağa çalışırıq ki, onlar çox böyük səhv buraxıb. Söhbət çoxlu növ hücum silahlarından gedir». APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar