“Ankaranın Qəbələ radiolokasiya stansiyasından istifadə planları yoxdur ”
02 Avqust 2011 Çərşənbə Axşamı 15:54
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.
Bu barədə keçirdiyi mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç bildirib.
Bəzi KİV-lərdə Qəbələ Radiolokasiya Stansiyasının (RLS) birgə istifadəsinə Türkiyənin maraqlı olması barədə yayılan xəbərlərə münasibət bildirən səfir bu məsələnin Türkiyənin planında olmadığını deyib. Səfir bildirib ki. Ankara bu stansiyanın istifadəsində iştirak etmək niyyətində deyil: “Bu məsələ səfər çərçivəsində müzakirə olunmadı”.
DOSTLARINLA PAYLAŞ: