Ankaranın Etimesqut bələdiyyəsinin nümayəndə heyəti Şirvan şəhərində səfərdə olub
19 İyul 2011 Çərşənbə Axşamı 18:20
Türkiyənin paytaxtı Ankara şəhərinin Etimesqut bələdiyyəsinin nümayəndə heyəti Şirvan şəhərində səfərdə olub.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 15 nəfərdən ibarət nümayəndə heyəti Şirvan şəhəri haqqında internetdən məlumat əldə etdikdən sonra bu şəhərlə qardaşlıq əlaqələri qurmağı qərara alıb.
İyulun 16-da Bakıdan başlayan səfər bu gün Şirvan şəhərində davam edib. Ələddin Sonatın rəhbərlik etdiyi nümayəndə heyəti Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovla görüşüb. İcra başçısı qonaqlara şəhər haqqında geniş məlumat verib. Ə. Sonat isə Şirvan şəhər rəhbərliyini Türkiyəyə dəvət edib. APA
DOSTLARINLA PAYLAŞ: