Ankarada Xocalı stendinə hücum edənlər saxlanılıblar
28 Fevral 2013 Cümə Axşamı 12:29
Həmin şəxslərin sol düşüncəli təşkilata bağlı olduqları və “Hamımız erməniyik, hamımız kürdük, hamımız Qrant Dinkik” şüarları səsləndirdikləri bildirilir.
Fevralın 24-də Ankaranın Kızılay meydanında Xocalı faciəsi ilə bağlı qurulmuş stendə və təşkilatçılara hücum etmiş qrup üvzləri polisin keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Hücumçuların hansı təşkilata bağlı olduqları da polisə məlumdur. Ankaranın Çankaya polisinin təmsilçisi Tolqa Metin bildirib ki, hücumun iştirakçılarının hamısı saxlanılıb.

“Onlar “Hamımız erməniyik, hamımız kürdük, hamımız Qrant Dinkik” şüarları səsləndirirdilər. 7 nəfər yaralanıb, onların 3-nün vəziyyəti ağırdır. Hücum edən şəxslərin hamısı saxlanılıb və onların sol düşüncəli təşkilata bağlı olduqları bəllidir”, - deyə kampaniya təşkilatçısı İbrahim Özən bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar