Ankarada Azərbaycan rəssamlarının sərgisi açılacaq
31 Yanvar 2011 Bazar Ertəsi 00:35
Tədbir iki ölkə arasındakı diplomatik əlaqələrin XX ildönümü münasibətilə keçirilir.
Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin XX ildönümü münasibətilə keçiriləcək tədbirlər çərçivəsində fevralın 2-də Ankara Rəsm və Heykəl Muzeyində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılacaq. Sərginin təşkilatçıları Azərbaycanın Türkiyədəki səfirliyi, TÜRKSOY təşkilatı və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyidir.

Ankara sakinləri və qonaqlar fevralın 15-dək qardaş ölkədə yaşayan rəssamlarımızın və Azərbaycandan gəlmiş fırça ustalarının əsərləri ilə tanış olacaqlar. Sərginin açılışında Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay və TÜRKSOY-un baş direktoru Düsen Kaseinov iştirak edəcəklər. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar