Ankara İrəvandan müəyyən addımlar gözləyir
21 İyun 2011 Çərşənbə Axşamı 19:34
Egemen Bağış: "Əgər Qarabağ münaqişəsinin həllinə dair irəliləyişlər görsək, Ankara Ermənistan tərəfə bəzi addımlar atacaq".
Beynəlxalq jurnalist mübadiləsi proqramı çərçivəsində Ermənistanın kütləvi informasiya vasitələrinin nümayəndələri Ankarada dövlət naziri, Türkiyənin Avropa Birliyi ilə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Egemen Bağışla görüşüb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüş zamanı E. Bağış jurnalistlərin Türkiyə-Ermənistan münasibətlərinə dair, 1915-ci il hadisələri və sərhədlərin açılması ilə bağlı suallarını cavablandırıb.
E. Bağış bir daha Ermənistanla sərhədlərin açılması ilə bağlı öz dövlətinin mövqeyini səsləndirib. O bildirib ki, bu məsələdə rəsmi Ankara İrəvandan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən addımların atılmasını gözləyir: “Əgər biz Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müəyyən irəliləyişlər görsək, Ankara da Ermənistan tərəfə bəzi addımlar atacaq”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: