Ankara ictimaiyyətdən gizli Ermənistanla sərhəddi açıb
10 Fevral 2013 Bazar 07:15
Türkiyəli jurnalistlərdən biri hökumət rəsmilərinin çıxışları əsasında belə bir qənaətə gəlib.
Türkiyədə nəşr olunan “Yeni Mesaj” qəzetinin köşə yazarlarından Bayram Coşkun hökumətin Azərbaycana və Suriyaya xəyanət edərək Ermənistana jest etdiyini yazaraq bunu bəzi dövlət rəsmilərinin çıxışları ilə əsaslandırıb.

Suriya və Azərbaycana zərbə, Ermənistana jest

Sayları 250 mini keçib, qısa vaxt ərzində 300 min olması gözlənilir.
Bizə inanmayanlar üçün baş nazirin müavini Bəşir Atalayın bir neçə gün əvvəlki açıqlamasını xatırladaq. Belə deyir Atalay: “Suriyadan ölkəmizə gələn və düşərgələrdə qalan qaçqın sayı 170 700-ə çatıb. Düşərgələrdə qalan bu 171 000 nəfərin xaricində təxminən 80-100 minə yaxın da şəhərlərimizdə yaşayanlar var. (Ölkəmizdə)Suriyalı sayının 250 minə yaxın olduğunu görürük”.
İndi burada maraqlı bir məqam var.
Sərhəd bölgələrinə qurulmuş düşərgələrdə yaşayan qaçqın sayı 170 000, amma Türkiyəyə gələn suriyalı sayı 250 000.
Arada 80 000 nəfərlik fərq var.
Bəs bu adamlar hardadır?
Bu mövzuya bir daha qayıtmaq üzrə vergül qoyuram və yazıma yanavarın axırında açıqlanan əhalinin sayı ilə davam edirəm.

***

İndi Suriyadan gələn 250 000 qaçqının nə demək olduğunu daha yaxşı qavramaq üçün qarşılaşdırma aparmaq istəyirəm.
Ərinmədim və bir-bir baxdım.
Bu rəqəm Türkiyədəki 16 vilayətin əhalisinin sayından daha çoxdur.
Budur, əhalinin sayı baxımından qaçqınlardan daha az olan vilayətlərimiz: Artvin, Bilecik, Bingöl, Bolu, Burdur, Çankırı, Ərzincan, Gümüşhane, Kırşehir, Bayburt, Karaman, Ərdəxan, Yalova, İqdir, Karabük ve Kilis.
Bir də Türkiyənin qaçqınlara xərclədiyi pulu və adı sadalanan şəhərlərdə adambaşına düşən gəliri müqayisə edək.
Əminəm ki, ortaya çox maraqlı mənzərə çıxar.
.
***

İndi gələk Suriyadan gələn və düşərgədə olmayan 80-100 min insanın harda olmasına.
Cavabı Azərbaycan verdi.
Əlbətdə, bu işlə Azərbaycanın nə əlaqəsi var? – deyənlər olacaq.
Əvvəla Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun açıqlamasını xatırladaq.
Əzimov, “Suriyalı ermənilərin işğal altında olan Qarabağ torpaqlarında yerləşdirilməsi bizi narahat edir” – deyir.
Azərbiycanın açıqlamasına inanmayanlara ikinci bir dəlil göstərirəm.
Bu dəlil, qarşısında əyildikləri ABŞ-dan!
Amerikanın səsi radiosu ermənuilərin Suriyanın şimalından Türkiyəyə, burdan da Ermənistana keçdiklərini qeyd edib.
Bəs bu işə bizim Xarici İşlər nazirliyimiz nə deyir?
Onlar da belə bir keçişi təsdiqləyir.
Açıqlama belədir: “Suriyadan qaçan bir çox erməninin ölkəmiz də daxil olmaqla müxtəlif yollarla Ermənistana çatdıqlarını vurğulamaqda fayda var”.

***
Bəs bunun mənası nədir?
İndi gəlin analizimizi maddələr şəklində sıralayaq.
1 – Ankara üsyan dalğasına verdiyi dəstəklə Suriyanı zəiflədir, başda qondarma “soyqırımı” iddiaları olmaqla Türkiyə üzərində bir çox planı olan (Hətta ölkənin şərqindən torpaq istəyən) Ermənistanı qüvvətləndirir.
2 – Ankara ictimaiyyətdən gizli şəkildə (eyni zamanda ABŞ və Avropanın tələbi olan) Ermənistanla sərhəddi açıb.
3 – Ankara Suriyadan gələn ermənilərin Azərbaycan torpağı olan Qarabağa keçməsinə icazə verərək erməni işğalına dolaylı yolla dəstək verib, həm də qardaş ölkə Azərbaycana milli mübarizəsində zərbə vurub.

Bayram Coşğun “Yeni Mesaj”



DOSTLARINLA PAYLAŞ:

oyunlar