Ankara Ermənistandan un və sement alacaq?
18 Fevral 2010 Cümə Axşamı 15:45
İrəvan və Ankara Ermənistandan Türkiyəyə sement və un ixracı ilə bağlı danışıqlar aparır.
Ermənistan və Türkiyə arasında faktiki ticarət dövriyyəsi Ermənistanın bütün ticarət dövriyyəsinin təxminən 25 faizini təşkil edir. Müstəqil ekspertlər belə hesab edir. Lakin rəsmi məlumatlara görə, bu göstərici 2009-cu ilin sonlarında 179 milyon dollar və ya ölkənin bütünlükdə ticarət dövriyyəsinin 4,5 faizini təşkil edib.
Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2009-cu il ərzində ölkələr arasında ticarət dövriyyəsi 33,7 faiz azalıb. 2008-ci ildə iki ölkənin ticarət dövriyyəsi 269 milyon dollar, 2007-ci ildə isə 133,7 milyon dollar təşkil edib.
İrəvandakı rəsmi mənbələrin məlumatına görə, İrəvan və Ankara Ermənistandan Türkiyəyə sement və un ixracı ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, Rusiya Ermənistanın xarici ticarət dövriyyəsində lider olaraq qalır. Rəsmi məlumatlara görə, 2009-cu ildə Rusiyanın payı 901 milyon dollar təşkil edir. Ermənistanın Rusiya ilə ticarət dövriyyəsində mənfi saldo 686 milyon dollar təşkil edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: