Anjey Kaspşik 16-cı dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub
11 Yanvar 2012 Çərşənbə 16:50
ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor öz şəxsi və xüsusi nümayəndələrini təyin edib.
APA-nın məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə artırılıb. Xatırladaq ki, Anjey Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından icra edir.
APA-nın bir müddət əvvəl verdiyi məlumata görə, A TƏT sədri bir müddət əvvəl irland diplomat Patrik Mörfini özünün Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edib.
DOSTLARINLA PAYLAŞ: