Anar Hacıyevin ailəsinə yazdığı məktubun məzmunu açıqlanıb
17 May 2010 Bazar Ertəsi 11:45
Ötən il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən Azərbaycan Ordusunun çavuşu Anar Xanbaba oğlu Hacıyevin ailəsinə göndərdiyi məktubun məzmunu açıqlanıb.
 Bu barədə APA-ya əsirin anası Nailə Məmmədova bildirib. Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları məktubu ona bu gün səhər çatdırıblar. N. Məmmədova oğlunun göndərdiyi məktubun məzmununu da açıqlayıb: “Salam. Mən də yaxşıyam. Hamıya salam deyin. Nənəmə, Asif dayıya, Samirə salam deyin. Sevincgilə də salam deyin. Gözəlgil (bacısı) bizdə neynirlər? Hacı əmiyə də salam söyləyin. Hələlik. Görüşənədək”. N. Məmmədova bildirib ki, oğlu indiyədək yazdığı məktublarında “hələlik, görüşənədək” ifadəsini işlətməyib: ”Bu, məni ümidləndirir. Oğluma özümün və Rusiyada yaşayan qardaşının da şəkillərini göndərdim”.

Xatırladaq ki, BQXK əməkdaşları A. Hacıyevə mayın 12-də baş çəkiblər.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, 2009-cu il mayın 10-da saat 09.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli istiqamətində əsir götürülüb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar