Amsterdamda azərbaycanlıların qurultayı keçirilib
18 Dekabr 2011 Bazar 14:07
Qurultayda Benilüks ölkələrində yaşayan azərbaycanlılar iştirak edib.
Benilüks ölkələrində yaşayan azərbaycanlıların 3-cü qurultayı Niderlandın paytaxtı Amsterdamda baş tutub. "Benilüks Azərbaycanlıları Konqresinin üçüncü qurultayı"nda başda Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov və bir sıra azərbaycanlı deputatlar olmaqla, çox sayda azərbaycanlı və türk gənclər iştirak edib. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra prezident İlham Əliyevin qurultaya göndərdiyi təbrik mesajı oxunub. Qurultaydan sonra Avropada fəaliyyət göstərən azərbaycanlı iş adamlarına və sənətçilərə uğur lövhəcikləri hədiyyə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar